Çərşənbə axşamı Milli Məclisin növbıti plenar iclasında "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi qəbul edilib.
Qəbul olunan dəyişikliklərə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə tətbiq olunur.
Düzəlişlərə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zaklından məlumat verib.
O cümlədən, deputatlar çərşənmbə axşamı ikinci oxunuşda “Akkreditasiya haqqında” qanun layihəsini qəbul, "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" sazişi ratifikasiya, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu qəbul ediblər.