Bakı polislərinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cənubi Koreya vətəndaşlarını qarət etmiş şəxslərdən biri yaxalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları yanvarın 2-də ortağı ilə birlikdə Koreya Respublikası vətəndaşları Bak Unqyon və Pak Kixuna hücum etmiş paytaxt sakini Ramin Məmmədovu saxlayıblar. Qarətçilər xarici vətəndaşları döyərək onlardan 500 dollar, 120 manat və iki mobil telefon alıblar.
Baş Polis İdarəsinin İstintaq Şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi açılıb.Cinayəti törətmiş ikinci şəxsin axtarışları davam etdirilir.