Bakıda “Formula-1” yarışları keçiriləcək. Bu barədə “Daily Mail” məlumat verir.
“Formula-1” yarışlarının baş promouteri Berni Ekklstoun bəyan edib ki, yaxın üç ildə “Böyük mükafatlar” təqvimində “Azərbaycan Qran- Pri” mükafatı da yer alacaq.
Bildirilir ki, tərəflər artıq mərhələnin Bakıda keçirilməsi haqqında müqavilə imzalayıblar.
B.Ekklstounun sözlərinə görə, söhbət yarışların 2016-cı ildə keçirilməsindən gedir, lakin Azərbaycan rəhbərliyi bəyan edir ki, 2015-ci ilə qədər hər şey hazır olacaq.
Bu arada gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərə söyləyib ki, 2016-cı ildə “Formula-1” yarışlarının Bakıda keçirilməsi gözlənilir.
O qeyd edib ki, bununla bağlı danışıqlar 6 aydan çoxdur davam edir.
“Hesab edirəm ki, danışıqların yekun mərhələsi başlayıb. Əlavə olaraq sazişin imzalanması haqqında məlumat veriləcək”,- deyə nazir söyləyib.