Çərşənbə günü İraqın paytaxtında baş verən partlayışlar nəticəsində ən azı 12 nəfər həlak olub və 60 nəfər yaralanıb. Bu barədə Livanın “Daily Star” qəzeti məlumat verib.
Bağdadda partlayıcı maddənin yerləşdirildiyi 7 avtomobil və 2 fuqas partlayıb.
Məlumata görə, terror aktları əsasən şiə müsəlmanlarının məskunlaşdığı altı rayonda baş verib.