SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Masallı rayonunun Dəlləkli kəndinə təbii qazın verilməsinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
28 abonenti olan Dəlləkli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 2835 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 28 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, şirkət 2015-ci ilə qədər ölkədə qazlaşdırmanın səviyyəsini 99%-ə çatdırmağı planlaşdırır. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir.
2013-cü ildə “Azəriqaz” İB 162 min yeni abonenti qazlaşdırıb.