NATO-nun beynəlxalq kontingent qoşunlarının hava zərbələri nəticəsində 5 əfqan əsgəri həlak olub, 17 nəfər isə yaralanıb. Bu barədə “Associated Press” məlumat məlumat verib.
Faciə cümə axşamına keçən gecə Loqar əyalətində baş verib.
Agentlik qeyd edir ki, NATO kontingentinin nümayəndəliyində şərh verməkdən imtina ediblər.