"Kapital Bank" MilliÖN ödəniş sisteminə qoşulub. Bu barədə bankın məlumatında deyilir.
Bankın müştəriləri aylıq kredit borclarını MilliÖN köşkləri vasitəsilə ödəyə bilərlər.
2008-ci ildə təsis edilmiş “Komtec Ltd” şirkəti (MilliÖN ticarət nişanı) Azərbaycanda elektron ödəniş sistemləri bazarının lideridir.
“Kapital Bank” 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,8%) və fiziki şəxslərdir (0,2%). “Kapital Bank” aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir.