Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göyçayda vətəndaşları qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
H.Hüseynova Göyçay, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarının sakinlərini
maraqlandıran sualları cavablandırıb. Vətəndaşların müraciətləri daha çox erkən yaşda nikaha daxil olmanın fəsadları, boşanmadan sonra əmlakın bölüşdürülməsi və bu kimi digər məsələlərlə bağlı olub.
Vətəndaşlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə nümayəndəliklərinin açılmasını təklif ediblər.
H.Hüseynova ümumilikdə 30 nəfəri qəbul edib.