Bakının Hövsan qəsəbəsində “Unibank”ın filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Bu, bankın 34-cü, o cümlədən Bakıda 20-ci filialıdır. Yeni filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq, həmçinin istehlak kreditlərinin, avtomobil kreditlərinin, o cümlədən kredit kartlarının verilməsini həyata keçirəcək. Kiçik biznesin və özəl sahibkarlığın inkişafına yönələn mikrokreditləşmə alətlərinə xüsusi diqqət ayrılacaq.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalında 66,21% fiziki şəxslərə, 33,79% hüquqi şəxslərə, 12,15% AYİB-ə və 6,68% DEG-ə (Almaniya) məxsusdur.