Azərbaycanda vergi ödəyiciləri 2013-cü ildə dövlət büdcəsinə elektron formada 174,1 mln. manat məbləğində ödəniş həyata keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2012-ci il aprelin 12-dən etibarən vergi ödəyicilərinə dövlət büdcəsinə elektron formada vergi və digər ödənişlər həyata keçirməyə imkan verən sistem tətbiq edib.
“2013-cü ildə vergi ödəyiciləri dövlət büdcəsinə ümumilikdə 174,1 mln. manat məbləğində vergi ödəyiblər, bu isə 2012-ci ilin göstəricisindən 2 dəfə çoxdur”, - deyə nazirlikdən qeyd ediblər.
2013-cü ildə Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 27,414 min fiziki və 3,377 min hüquqi şəxsin elektron formada qeydiyyatı həyata keçirilib.
Fiziki şəxslərin onlayn qeydiyyatına 2011-ci il iyulun 1-dən, hüquqi şəxslərin isə 2012-ci ilin yanvar ayından başlanılıb.