Yaponiya Şəkidə 15 nömrəli uşaq bağçasının tikintisi layihəsini maliyyələşdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilir.
Bununla əlaqədar cümə günü Şəkidə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlirza Məhərrəmov arasında qrant sazişi imzalanacaq.
Layihənin dəyəri $121,693 min təşkil edir. Bu, Yaponiya hökuməti tərəfindən sözügedən proqram çərçivəsində Şəkidə həyata keçirilən 14-cü layihədir.
Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində təhsil, səhiyyə, ekologiya, mədəniyyət və kənd təsərrüfatı sahələrində ümumi dəyəri $15,063,134 mln. təşkil edən 181 layihə reallaşdırılıb.