Martın 10-da Bakıda Azərbaycan və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılacaq. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Danışıqlar Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində aparılacaq.
Bundan başqa, nazirliyin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin bir sıra beynəlxalq tədbirlərdə iştirakı barədə məlumat verir.
Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə) terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşündə iştirak edəcəklər.