Cari ilin may ayında Fransa prezidenti Fransua Olland Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fransanın diplomatik mənbələrindən məlumat verilib.
Bu ay isə Fransanın xarici işlər naziri Loran Fabiusun Azərbaycana rəsmi səfəri nəzərdə tutulur.
Hər iki səfər zamanı siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə Azərbaycan-Fransa münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunacaq.