Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti yaxınlığnda Azərbaycana məxsus hərbi yük maşını minaya düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İnsident Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.
“Ural” markalı yük maşını partlayış nəticəsində yararsız hala düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.