Azərbaycan və Türkiyə hərbi sahədə mühüm nailiyyətlər əldə ediblər. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Bakıda Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarla görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib.