Martın 12-də İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
Azərbaycanda olduğu müddətdə İ.Rəhimpur bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə ölkələr arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.