Azərbaycan hökuməti Koreyanın İxrac-İdxal Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan $43,5 mln. məbləğində kredit cəlb edir. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Kredit vəsaitləri “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə yönəldiləcək.
Kredit sazişini çərşənbə axşamı maliyyə naziri Samir Şərifov və Cənubi Koreyanın ölkəmizdəki səfiri Çoy Sukin imzalayıblar.
Məlumatda vurğulanır ki, su təmizləyici qurğunun tikintisi ilə təmizlənmiş su kənd təsərrüfatı irriqasiyası üçün yenidən istifadə olunacaq.
Kredit vəsaitlərinin verilməsi şərtləri açıqlanmır.