Fələstinlilərin İsraili yəhudi dövləti kimi tanıması Fələstin-İsrail sülh sazişinin imzalanması üçün vacib şərtdir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı İsrail radiosunun efirində bəyan edib.
“Vurğulamaq istərdim ki, qayıtmaq hüququnu ləğv etməyən (Fələstin qaçqınlarının İsrail ərazisinə - İF) və fələstinlilərin yəhudi dövlətini tanımasını nəzərdə tutmayan sazişi qəbul etməyəcəyəm”, - deyə o bildirib.
“Bu, İsrailin təhlükəsizliyini təmin etmək məqsədilə həyati vacib şərtlərdir”, - deyə baş nazir əlavə edib.