2014-cü ilin yanvar ayı ilə müqayisədə fevral ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti dəyişməyib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Fevral ayında heyvandarlıq məhsullarının qiymətləri 0,8% bahalaşıb.
Bununla yanaşı, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3%, qoyun ətinin (diri çəkidə) 0,8%, camışın 0,6%, südün 0,1%, quş ətinin (diri çəkidə) 4,9%, yumurtanın istehsalçı qiymətləri 0,3% bahalaşıb, mal ətinin (diri çəkidə) 0,4%, təbii balın istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.
Fevral ayında bitkiçilik sahəsində birillik bitkilər 0,1%, çoxillik bitkilər 4,7% bahalaşıb.
Hesabat ayında arpanın istehsalçı qiymətləri 0,1%, kartofun 0,3%, lobya dəninin 0,4%, kələmin 1,1%, qırmızı turpun 0,1%, baş sarımsağın 0,6%, göy soğanın 1,9%, quru otun 0,4%, yoncanın 1,9%, heyvanın 1,3%, şabalıdın 0,3%, fındığın istehsalçı qiymətləri isə 4,6% bahalaşıb.
Baş soğanın istehsalçı qiymətləri 0,2%,
almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1% və 3,4% ucuzlaşıb.
Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2% bahalaşma müşahidə olunub.