Bakının mərkəzində “Sahil” metrosunun üstündə yerləşən yaşayış binasında güclü yanğın baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verib.
Çoxmərtəbəli binanın üçüncü mərtəbəsini bürüyən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürmə maşını cəlb olunub.
Yanğının səbəbləri və xəsarət alanlar barədə məlumat yoxdur.