Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Munla görüş zamanı Ukrayna böhranı və Krım tatarlarının vəziyyəti mövzusuna toxunub.
“Biz Krımda baş verən hadisələri və Krım tatarlarının vəziyyətini ətraflı şəkildə müzakirə etdik”, - deyə o, çərşənbə günü “Twitter” səhifəsində yazıb.
Bundan başqa, tərəflər Suriya münaqişəsi və Kipr məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.