Martın 14-də Azərbaycan Diplomatik Akademiyasında “XXI əsrdə Şimali Atlantik Alyans. Böyük Britaniyada NATO sammitinin perspektivləri” mövzusunda konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rumıniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək.
Konfransda, həmçinin Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov da iştirak edəcək.