ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə əməkdaşlığın vacibliyini və sülh prosesin inkişafı üçün yüksək səviyyədə danışıqların aparılmasının zəruri olduğunu qeyd edirlər. Bu barədə vasitəçilərin ATƏT-in saytında dərc olunmuş birgə bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, vasitəçilər gələn ay regiona təkrar səfər etmək niyyətindədirlər.
Bundan başqa, bəyanatda vurğulanır ki, vasitəçilər 2013-cü ilin noyabrında Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün fevralın 22-dən martın 11-dək iki ölkənin xarici işlər nazirləri ilə görüşlər keçiriblər.
Xarici işlər nazirləri bir daha açıq məsələləri həll etmək və prosesi sürətləndirmək arzusunda olduqlarını təsdiq ediblər.