Litvanın iqtisadiyyat naziri Evaldas Qustas aprelin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Litvanın Azərbaycandakı işlər müvəkkili Şarune Kubilyute məlumat verib.
Onun sözlərinə görə, 3-5 aprel tarixlərində baş tutacaq səfərdə məqsəd 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etməkdir.
Bundan başqa, E.Qustasın Azərbaycan hökumətinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.