Gələn həftənin əvvəlində Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əfqanıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Əfqanıstan XİN başçısı martın 17-19-da Bakıda olacaq.
İkigünlük səfər zamanı Z.Ə.Osmani Azərbaycanın ali siyasi rəhbərliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.