Azərbaycan hökuməti 2013-cü ildə müdafiə sahəsinin maliyyələşdirilməsinə 3 mlrd. manat vəsait yönəldib. Bu barədə Azərbaycanın baş naziri Artur Rasizadə cümə günü parlamentdə hökumətin 2013-cü ildə fəaliyyətinə dair hesabatla çıxışı zamanı bəyan edib.
“2013-cü ildə hökumətin fəaliyyətində müdafiə sahəsi prioritetlərdən biri olub. Hesabat ilində maddi-texniki bazanın möhkəmləndirilməsi, silah-sursat alışı da daxil olmaqla, bu sahənin maliyyələşdirilməsinə təxminən 3 mlrd. manat vəsait yönəldilib”, - deyə baş nazir bildirib.