2013-cü ildə bütün mənbələrdən Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcmi $28 mlrd. 10,5 mln. təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 8,7% çoxdur. Bu barədə cümə günü Milli Məclisin müzakirə etdiyi 2013-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafına dair hökumətin hesabatında qeyd olunur.
Hökumətin məlumatına əsasən, 2013-cü ildə daxili investisiyalar $17 mlrd. 469,6 mln., xarici investisiyalar $10 mlrd. 540,9 mln. təşkil edib. 2011-ci illə müqayisədə 2013-cü ildə daxili investisiyaların həcmi 13%, xarici investisiyaların həcmi 2,2% artıb.
Ötən il investisiyaların ümumi həcmindən Azərbaycanın qeyri-neft sektoruna $20 mlrd. 818,2 mln., neft sektoruna $7 mlrd. 192,3 mln. yatırılıb. 2013-cü ildə Azərbaycanın qeyri-neft sektoruna investisiyalar 2012-ci illə müqayisədə 7% artıb.
2003-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatına investisiyalar 127,5 mlrd. manat və ya $155,6 mlrd. təşkil edib.