2014-cü ilin sonuna kimi Azərbaycanda əmək kitabçaları ləğv olunacaq. Bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
Onun sözlərinə görə, nazirlik artıq əmək müqavilələrinin elektron məlumat bazasının yaradılması üzrə xüsusi proqram təminatının işlənməsinə dair işləri başa çatdırıb.
“Yaxın günlərdə biz proqram təminatını ictimaiyyətə təqdim edəcəyik və proqram istifadəyə veriləcək. Bundan sonra əmək kitabçaları vətəndaşların əmək fəaliyyəti barədə məlumat daşıyıcısı funksiyalarını itirəcək. Düşünürəm ki, sistem tam istifadəyə verildikdən sonra, cari ilin sonundan etibarən işçilərin əmək kitabçaları ləğv olunacaq”, - deyə S.Müslümov qeyd edib.