Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-fevral ayında dövlət büdcəsinə 196 mln. 640,68 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə DGK-dan məlumat verilib.
Cari ilin yanvar-fevral ayında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 148 mln. 995,44 min manat, aksizlər üzrə 7 mln. 281,1 min manat, yol vergisi üzrə 2 mln. 307,98 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 38 mln. 56,16 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2014-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 510 mln. manat səviyyəsində proqnozlaşdırılır.