Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 96 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (10-16 mart) baş vermiş bədbəxt hadisələr nəticəsində 11 nəfər həlak olub, 23 nəfər bədən xəsarətləri alıb və zəhərlənib, 4 intihar hadisəsi qeydə alınıb.
5 nəfər qətldə, 9 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 43 nəfər oğurluqda, 15 nəfər qarətdə, 2 nəfər avtomobil qaçırmaqda, 4 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 7 fakt qeydə alınıb.