Bazar ertəsi Azərbaycan Ordusunun əsgəri Elvin Həsənov erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
İnsidentin Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin məhz hansı hissəsində baş verdiyi barədə məlumat verilmir.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər E.Həsənov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.