“Alfa Sığorta” şirkəti “Mərkəzi Klinik” MMC-nin əməkdaşlarını könüllü tibbi sığorta növü üzrə sığortalayıb. Bu barədə şirkətin məlumatında qeyd olunur.
“Mərkəzi Klinik Xəstəxana əməkdaşların tibbi sığortası üzrə sığorta xidmətlərinin tədarükçüsünün seçimi ilə bağlı tender prosedurunu başa çatdırıb. Sığorta şirkətlərinin təqdim etdikləri bütün təkliflər nəzərdən keçirilib və Tender Komissiyasının qərarı ilə “Alfa Sığorta” qalib elan edilib”, - deyə şirkətin məlumatında bildirilir.
“Mərkəzi Klinik” MMC Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib və 2009-cu ilin yanvar ayında dövlət qeydiyyatından keçib. MKX Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətinə tabedir. MMC-nin nizamnamə kapitalı 30 mln. 906,7 min manata bərabərdir.
“Alfa Sığorta” 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı "Bank Technique” ASC-dir. Nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir. “Alfa Sığorta” 35-dən çox icbari və könüllü sığorta növü üzrə xidmətlər təqdim edir.
2014-cü ilin yanvar-fevral ayları ərzində “Alfa Sığorta” şirkətinin sığorta haqları 731,384 min manat, ödənişləri 315,945 min manat təşkil edib.