Əfqanıstanın şimalında baş verən güclü partlayış 15 nəfərin ölümünə səbəb olub, daha 27 nəfər isə yaralanıb. Bu barədə çərşənbə axşamı Böyük Britaniyanın BBC teleradiokorporasiyası məlumat verib.
Partlayış Əfqanıstanın Faryab vilayətinin Meymene şəhərində baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu içində terrorçu-kamikadzenin olduğu avtomobilə yerləşdirilib.
Hələlik qruplaşmaların heç biri terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.