2013-cü ildə "Bank Technique"in aktivləri 14,9% - 503,004 mln. manata qədər artıb. Bu barədə bankın məlumatında KPMG beynəlxalq şirkətinin rəyinə istinadən qeyd olunur.
KPMG-nin rəyinə əsasən, 2013-cü ildə bankda fiziki şəxslərin əmanətləri 2 dəfə - 142,639 mln. manatadək artıb.
Ötən ilin yekunları üzrə bankın məcmu kapitalı 61,985 mln. manat (artım 2,1 dəfə) təşkil edib.
Hesabata görə, 2013-cü ildə "Bank Technique"in mənfəəti 15,721 mln. manat təşkil edib, bu isə bankın tarixi ərzində rekord göstəricidir.
2013-cü ilin yekunları üzrə kapitalın adekvatlıq əmsalı 13,23% təşkil edib, baxmayaraq ki, 2012-ci ildə bu göstərici 8,35% olub.
"Bank Technique" ASC (əvvəllər “Texnikabank”) 1994-cü ildə yaradılıb.