Krım Rusiya Federasiyasının tərkibinə daxil olub.
Kremlin saytında dərc edilmiş məlumata əsasən, “Krım Respublikası müvafiq müqavilənin imzalandığı tarixdən Rusiya Federasiyasının tərkibinə daxil edilmiş sayılır”.
Çərşənbə axşamı Moskvada RF və Krım Respublikası arasında Krımın Rusiya Federasiyasının tərkibinə daxil olması və RF tərkibində yeni subyektlərin yaradılması haqqında müqavilə imzalanıb.
Müqaviləni RF prezidenti Vladimir Putin, Krım Muxtar Respublikası Ali Şurasının sədri Vladimir Konstantinov, Krımın Nazirlər
Şurasının sədri Sergey Aksyonov və Sevastopolun meri Aleksey Çalıy imzalayıblar.