Bakı və Kabil "Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" imzalamağa hazırlaşır. Bu barədə Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu sənəd daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizənin aparılmasına yönəlib”, - deyə daxili işlər naziri Ramil Usubov Əfqanıstanın xarici işlər naziri Zarar Ahmad Osmani ilə görüş zamanı bəyan edib.
R.Usubov Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirib.