2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən ərizələrin qəbulu aprel ayının 1-dən 30-dək aparılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
Ərizə qəbulu haqqında elanın tam mətni TQDK-nın nəşr etdiyi “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.
Jurnalda “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, müsabiqənin keçirilməsi şərtləri, ötən ilin yekunları üzrə formalaşmış keçid balları və s. məlumatlar dərc olunacaq.