Azərbaycan 2014-cü ilin sonuna kimi Əfqanıstanda diplomatik nümayəndəlik açacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Əfqanıstanın xarici işlər naziri Zarar Osmani bəyan edib.
“Xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı biz Azərbaycanın Kabildə səfirliyinin açılması məsələsini müzakirə etdik. O söz verdi ki, cari ilin sonuna kimi Əfqanıstanda Azərbaycanın diplomatik missiyası açılacaq”, - deyə Z.Osmani bildirib.