Martın 28-də Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvili Azərbaycana işçi səfərə gələcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində qonaq Müdafiə Nazirliyində görüşlər keçirəcək.
M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər martın 29-dək davam edəcək.