2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 3 mlrd. 193,3 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin göstəricisindən 9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 1 mlrd. 704,5 mln. manatlıq ərzaq (artım 0,9%) və 1 mlrd. 488,8 mln. manatlıq qeyri-ərzaq malları alıb (artım 20,1%).
2014-cü ilin yanvar-fevral aylarında əhaliyə 1 mlrd. 10,3 mln. manat məbləğində pullu xidmətlər göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,9% çoxdur. Bununla yanaşı, xidmətlərin 60,5%-i və ya 756,5 mln. manatı (artım 5,5%) hüquqi şəxslər tərəfindən göstərilib.