2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 222,9 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 660 yerlik orta ümumtəhsil məktəbləri istifadəyə verilib.
Bundan başqa, hesabat dövründə 270 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 yerlik xəstəxanalar istifadəyə verilib.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 138,8 min kvadratmetr təşkil edib.