Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə Azad Hüseynovun “Azərbaycan 1941-1945: Şöhrət ordeni kavalerləri" kitabı dərc edilib. Bu barədə SAM-ın məlumatında deyilir.
Kitabda 15 nəfər tam Şöhrət ordeni kavaleri və 180 nəfər sadə Şöhrət ordeni kavaleri barədə bioqrafik məlumat toplanıb.
Məlumatda qeyd olunur ki, kitab Azərbaycan oğullarının 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolu və göstərdikləri qəhrəmanlıqları gözəl şəkildə oxucuların diqqətinə çatdırır.
Müəllifin sözlərinə görə, növbəti kitabını Aleksandr Nevski ordeninin kavalerlərinə həsr edəcək.