Cümə gününə keçən gecə erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi və bir nəfər dinc sakin yaralanıb. Bu barədə ANS teleşirkətinin saytında məlumat verilir.
Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndi də aramsız olaraq atəşə tutulub.
Düşmən həmləsi kənd sakinlərinə maddi zərər vurub. Belə ki, onlardan bəzilərinin evlərinin və avtomobillərinin şüşəsinə zərər dəyib.