ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 63-ə çatıb. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Martın 27-də ABŞ Konqresinin üzvü Cef Miller Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Respublikaçılar Partiyasından olan Cef Miller Konqresdə Florida ştatına aid seçki dairəsini təmsil edir.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupu Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi rol oynayır.