“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada emitent defoltunun uzunmüddətli reytinqlərini "BBB-" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinqlərin proqnozu “sabit”dir.
Azərbaycanın xarici və milli valyutada prioritet, təmin edilməmiş istiqrazlarının reytinqləri də "BBB-" səviyyəsində təsdiq edilib. Ölkə həddi "BBB-", xarici valyutada emitent defoltunun qısamüddətli reytinqi “F3” səviyyəsində təsdiq edilib.