Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təssərüfatı Departamenti paytaxtda tikinti və abadlıq işlərinin həyata keçirilməsi üçün podratçı seçir.
İcra Hakimiyyətinin elanına əsasən, tender 4 lot üzrə keçirilir: prospekt, küçə, səki, həyət, park və bağların yenidən qurulması (Lot 1), departamentin xidmət zonasına daxil olan mənzil fondunun təmiri və yenidən qurulması (Lot 2), tikinti materiallarının alınması (Lot 3), kommunal təyinatlı mal və materialların alınması (Lot 4).
Tenderin hər bir lotunda iştirak haqqı 100 manat təşkil edir.
Təklif dəyərinin 2%-i məbləğində bank zəmanəti ilə müşayiət olunan
tender təklifləri mayın 8-dək qəbul olunacaq. Tender proseduru mayın 12-də keçiriləcək.