Azərbaycan Kiyevdə keçirilən “UITT 2014” beynəlxalq turizm sərgisində iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan tədbirdə nazirliyin dəstəyi ilə iki turizm şirkəti ilə təmsil olunub.
Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 49 kv.m sahə icarəyə götürülüb. Ziyarətçilərə ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunub.
Sərgidə 22 ölkədən 600-ə yaxın şirkət iştirak edir.