Aprelin 2-3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində Tacikistan XİN başçısı Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.
Görüşlərdə Bakı və Düşənbə arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.