Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri Almaniyanın hərbi təhsilə yardım proqramına əsasən aprelin 2-dən iyunun 26-dək Hürt şəhərində Verifikasiya heyəti üçün alman dili kursu keçəcəklər.