Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) 1 aprel tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq. Bu barədə agentliyin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, briqadaların hərəkət edəcəkləri avtobuslar vətəndaşların xidmətlərdən yararlanmasıının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilib.
2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulur.